Teves “Boka Xuniors”dan ayrıldı, futbola fasilə verdi

Argentinanın “Boka Xuniors” klubu futbolçusu Karlos Teveslə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özü açıqlama verib. Teves “Boka Xuniors”dan ayrıldığını və bir müddət istirahət edəcəyini bildirib:

“Karyeramı bitirdiyimi tam deyə bilmərəm. Çünki üç ay sonra yenidən oynamaq həvəsi yaranacaq. Lakin dəqiq olan “Boka Xuniors”dan ayrıldığımdır.

Həyatımın ən kədərli günlərdindən birini yaşayıram, lakin qərarımdan məmnunam. Zehni olaraq tam hazır deyiləm. Buna görə bir müddət futboldan uzaqlaşmalı və istirahət etməliyəm. Atam öldükdən sonra (üç ay əvvəl) yas tutmağa belə vaxtım olmadı. İndi ailəmlə birlikdə daha çox vaxt keçirməyə ehtiyacım var”.

Teves 2001-2004, 2015-2016 və 2018-ci ildən bu vaxtadək “Boka Xuniors”un formasını geyinib. Argentinalı hücumçu İngiltərədə “Mançester Yunayted”, “Mançester Siti”, İtaliyada isə “Yuventus” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button