
Argentinalı futbolçu “Real”a qayıtmaq istəmir
“Komo”nun yarımmüdafiəçisi Niko Pasın gələcəyi hələ də sual altındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” və “Komo” arasında argentinalı futbolçunun taleyi ilə bağlı danışıqlar davam edir. Madrid təmsilçisi hər iki tərəf üçün ən uyğun variantı tapmağa çalışır. Oyunçu İtaliya təmsilçisinə məhz “Real”dan transfer olunub.
Bununla belə, 21 yaşlı futbolçunun mövqeyi dəyişməyib. O, bu yay “Real”a qayıtmaq niyyətində deyil. Xüsusilə də, “kral klubu”nun Bernardo Silvanı heyətinə qatmasından sonra futbolçu komandada kifayət qədər oyun vaxtı ala bilməyəcəyini düşünür. Madrid klubunun da oyunçunun bu qərarından xəbərdar olduğu bildirilir.
Pas 2025/26 mövsümündə bütün turnirlərdə 40 oyuna çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



