KİV: Messi “Barselona”dan ayrılmaq istəyir

Argentinalı futbolçu Lionel Messi “Barselona”dakı gələcəyiylə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı komandanı tərk etmək qərarına gəlib. Bu barədə COPE nəşri məlumat yayıb.

Messi “Barselona” ilə 2021-ci ilə qədər olan müqaviləsini yeniləmək niyyətində deyil. Klub rəhbərliyi radikal qərarlar verib, komandada böyük dəyişikliklər edəcəyi təqdirdə, Messi “Barselona”da qala bilər.

“Barselona” dünən Çempionlar Liqasında “Bavariya”ya 2:8 hesabıyla məğlub olaraq, turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button