
Forlan ən yaxşı komanda yoldaşının adını açıqladı
“Atletiko”nun və Uruqvay millisinin sabiq hücumçusu Dieqo Forlan, İspaniyada karyerasına həsr olunmuş sənədli filmin təqdimatında iştirak edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Movistar+” tərəfindən hazırlanan və “Atletiko”da keçirdiyi illərdən bəhs edən ekran işinin təqdimatı zamanı Forlan, jurnalistlərin suallarını cavablandırıb. O, ən yaxşı komanda yoldaşı kimi argentinalı keçmiş hücumçu Serxio Aqueronu göstərib:
“Aquero ilə meydanda xüsusi anlaşmamız var idi. Birlikdə çox məhsuldar çıxış edirdik və uğurlu tandem yaratmışdıq”.
Forlan futbolçu karyerasını 2018-ci ildə başa vurub. O, İspaniyada “Atletiko” ilə yanaşı, “Vilyarreal”ın da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



