
Ançelottinin arzusunda olduğu komanda
Braziliya millisində atası Karlo Ançelotti (baş məşqçi) ilə birgə çalışan Davide Ançelotti ideal futbol komandasının necə olmalı olduğunu açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, arzuladığı komandanın ən yüksək səviyyədə müxtəlif oyun tapşırıqlarını yerinə yetirməli olduğunu bildirib:
“Arzum hər şeyi ən yüksək səviyyədə edə bilən komanda görməkdir. UEFA Çempionlar Liqasının son qalibi PSJ-yə baxsaq, onlar hər şeyə qadirdir. Oyunçular birinci mərhələdə üstünlük olan kimi boş komanda yoldaşını tapmağı bacarırlar”.
İtaliyalı mütəxəssis əlavə edib ki, PSJ həm topa sahib olarkən hücum qurmağı, həm də lazım olduqda topu rəqibə verərək müdafiəyə çəkilməyi bacarır:
“Onlar topa sahib olmadan da oynaya bilirlər. Yüksək pressinq zamanı birəbir vəziyyətləri düzgün “oxuyurlar”. Dərin müdafiə blokunda da çox təşkilatlıdırlar. Bu, tam bir komandadır”.
Braziliya millisi yayda ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında C qrupunda Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



