
Ançelotti Fransa klubunda – Rəsmi
Fransanın “Lill” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisini Davide Ançelotti çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Davide Ançelotti Karlo Ançelottinin oğludur. İtaliyalı məşqçi son olaraq Braziliya millisində atasının köməkçisi kimi çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



