Ançelotti Alonsonun “Real”dan qovulmasından danışdı

Karlo Ançelottinin oğlu Davide Ançelotti, “Real”ın sabiq baş məşqçisi Xabi Alonsonun qovulmasına münasibət bildirib.

Komanda.az “Managing Madrid”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, məşqçilərin iş yerlərini tez-tez dəyişdiyini və bunun Alonsonun karyerasına ciddi təsir etməyəcəyini bildirib:

“Məşqçilər iş yerlərini tez-tez dəyişdirirlər. Alonso gəncdir, onun qarşısında uzun bir karyera var. Düşünürəm ki, “Real”dan ayrılması ona təsir etməyəcək. Bu, bizim karyeramızın bir hissəsidir və bununla barışmalıyıq”.

Xabi Alonso “kral klubu”nun baş məşqçi postunu yanvarda tərk edib. Komandaya hazırda Alvaro Arbeloa rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button