
Amorimin agenti “Benfika” ilə bağlı iddiaları təkzib etdi
“Mançester Yunayted”in və “Sportinq”in sabiq baş məşqçisi Ruben Amorimlə bağlı yayılan xəbərlərə onu təmsil edən AS1 agentliyi cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, agentliyin nümayəndəsi Amorimin Portuqaliyaya qayıdaraq “Benfika”ya rəhbərlik edəcəyi barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
“Ruben çoxdan karyerasını xaricdə davam etdirmək qərarı verib. O, Portuqaliyanın heç bir klubu ilə görüşməyib və nə maaş, nə heyət, nə də iş şərtləri ilə bağlı danışıqlar aparmayıb. Bütün yayılanlar sadəcə şayiədir”.
Ruben Amorim bu ilin yanvarında “Mançester Yunayted”dən ayrıldıqdan sonra hazırda işsizdir və yeni təklif gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



