Amorim Mourinyonu əvəz edə bilər

“Mançester Yunayted”in portuqaliyalı sabiq baş məşqçisi Ruben Amorim karyerasını vətənində davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Tribal Football” məlumat yayıb.

Lissabon “Benfika”sı 39 yaşlı çalışdırıcını baş məşqçi postuna gətirməkdə maraqlıdır. Amorimin “qartallar”ın “sükanı arxasında” Joze Mourinyonu əvəzləməsi mümkündür. Mourinyo Portuqaliya millisində işləmək ehtimalına görə “Benfika”dan ayrıla bilər. Amorim daha əvvəl Lissabon “Sportinq”indəki uğurlu çıxışı ilə tanınır.

“Benfika” hazırda Portuqaliya çempionatında 62 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Portu”dan 7 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button