
Amorimin komandasında görmək istədiyi futbolçu
“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton “Mançester Yunayted”in gələn yay üçün transfer siyahısındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim 21 yaşlı futbolçunu komandasına gətirmək istəyir. Lakin oyunçunun bir şərti var: o, növbəti mövsümdə avrokuboklara zəmanət verən bir kluba keçməyə hazırdır.
Uortonun “Kristal Pelas”la müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



