
Alonsonun agenti “Liverpul”la bağlı xəbərləri təkzib etdi
Leverkuzen “Bayer”inin və “Real”ın sabiq baş məşqçisi Xabi Alonsonun agenti İnyaki İbanes “Liverpul”la bağlı xəbərlərə cavab verib.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, agent, İngiltərənin top-klubu ilə razılaşma barədə xəbərləri təkzib edib:
“Liverpul”la müqavilə barədə xəbərlər sadəcə şayiədir. Alonso hazırda karyerasını növbəti mövsümdə davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir”.
“Qırmızılar”ın baş məşqçisi postunu hazırda niderlandlı mütəxəssis Arne Slot tutur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



