
“Real”ın Alonsonu əvəz etməyə iki əsas namizədi var
İspaniya La Liqasının 16-cı turunda “Selta”ya qarşı 0:2 hesablı məğlubiyyətdən sonra “Real”da baş məşqçi Xabi Alonsonun gələcəyi ciddi şəkildə şübhə altına düşüb.
Matçdan sonra klub rəhbərliyi “Santyaqo Bernabeu”dakı ofisdə bir neçə saatlıq təcili iclas keçirərək baş məşqçinin taleyini müzakirə edib. Görüşdə Alonso ilə yolların ayrılması açıq şəkildə gündəmə gətirilsə də, hələlik onun vəzifədə qalmasına qərar verilib.
Komanda.az “El Mundo”-ya istinadən xəbər verir ki, komandada vəziyyət kritikdir – futbolçularla baş məşqçi arasında münasibətlərin “artıq bərpaolunmaz” səviyyəyə çatdığı iddia olunur. Buna görə də “Real” artıq yeni baş məşqçi axtarışına start verib.
İddialara görə, iki əsas namizəd ön plana çıxıb: Zinəddin Zidan (Madrid klubunun keçmiş çalışdırıcısı) və Yurgen Klopp – “Liverpul”la böyük uğurlara imza atmış alman mütəxəssis.
Bizi Facebook-da izləyin



