Qovulacağı deyilən Alonso: “Növbəti oyuna hazırlaşıram”

“Real”ın baş məşqçisi Xabi Alonso “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyətdən sonra klubdakı gələcəyi barədə yayılan söz-söhbətlərə münasibət bildirib.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti oyuna hazırlaşdığını deyib:

“Mənim gələcəyim? Bu, mənim ixtiyarımdan asılı deyil. Mən növbəti oyuna – “Alaves”lə qarşılaşmaya hazırlaşıram”.

“Real” son iki ev matçında uduzub: əvvəlcə La Liqada “Selta”ya 0:2 hesabı ilə uduzan komanda dünən Çempionlar Liqasında “Mançester Siti”yə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button