
İngiltərə klubu tezliklə Alonsonun təyinatını açıqlayacaq
İspaniyalı mütəxəssis Xabi Alonsonun “Çelsi”yə təyinatı rəsmiləşmək üzrədir.
Komanda.az xəbər verir ki, “Marca” nəşri “Xabi Alonso “Çelsi”yə təyinata yaxındır” başlığı ilə yazı paylaşıb. O, İngiltərə klubu ilə müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayacaq və iyulun əvvəlində işə başlayacaq.
Daha əvvəl “Çelsi”nin Alonso ilə müqaviləni bu gün açıqlayacağı bildirilib.
44 yaşlı mütəxəssis 2025-ci ilin iyun ayından bu ilin yanvar ayına qədər “Real”a rəhbərlik edib və daha sonra isə postundan uzaqlaşdırılıb. O, Madrid klubundan əvvəl “Bayer”də (Leverkuzen) çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



