Xabi Alonso “Çelsi”dən tam səlahiyyət istəyir

“Çelsi”nin baş məşqçi postuna Xabi Alonsonun təyin olunması ehtimalı artır.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, “Real”ın keçmiş baş məşqçisi London təmsilçisinin layihəsinə müsbət yanaşır və onu Luis Enrikenin PSJ-də qurduğu sistemə bənzər görür.

İspaniyalı mütəxəssisin əsas şərti tam səlahiyyətlərdir – yəni, transferlər və əsas idman qərarları üzərində tam nəzarət. “Çelsi” bu tələblə razılaşmağa hazırdır, çünki əvvəlki baş məşqçi Enzo Mareska ilə yaşanan problemləri təkrarlamaq istəmir.

“Çelsi” Premyer Liqada 36 turdan sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb və avrokuboklara vəsiqə şansını itirmək riski ilə üz-üzədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button