Alonso “Çelsi” ilə danışıqlar aparıb

“Real”ın sabiq baş məşqçisi Xabi Alonso “Çelsi” ilə birbaşa danışıqlar aparıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi yeni baş məşqçi axtarışını sürətləndirib və yaxın vaxtlarda yekun qərar verməyi planlaşdırır. Klubun məqsədi yeni çalışdırıcını dünya çempionatından əvvəl təyin etməkdir.

Alonso ilə yanaşı, Andoni Iraola, Oliver Qlasner və Marko Silva da “Çelsi” rəhbərliyi ilə danışıqlar aparıb.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasında 36 turdan sonra 49 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button