
“Çelsi”yə keçən kimi Arda Güləri istədi
“Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso Arda Gülərlə yenidən bir komandada çalışmaq istəyir.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Türkiyə millisinin yarımmüdafiəçisinin transferini şəxsi olaraq dəstəkləyir və rəhbərliyə bu keçidi həyata keçirməyi tövsiyə edib. Ancaq “Real” futbolçunu buraxmaq istəmir və onun üçün ən azı 100 milyon avro tələb edir. Arda Gülərin bazar dəyəri isə “transfermarkt” tərəfindən 90 milyon avro olaraq qiymətləndirilir.
21 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Real”ın heyətində 50 oyuna çıxaraq, 6 qol vurub və 14 məhsuldar ötürmə verib.
Alonso ötən yay “Real”ın baş məşqçisi təyin edilib, ancaq yanvarda vəzifəsindən ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



