“Çelsi”yə “yox” deyib, yeni müqavilə imzaladı

Almaniyanın “Borussiya” klubu futbolçusu Nnamdi Kollinzin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Borussiya” 16 yaşlı futbolçuyla müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.

Dortmund “Borussiya”sının U-17 komandasında çıxış edən müdafiəçiylə “Çelsi” yaxından maraqlanırdı. Kollinz “zadəganlar”ın transfer təklifini rədd etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button