Halandın yerinə namizədlər

Almaniyanın “Borussiya” (Dortmund) klubunda hücumçu Erlinq Halanda əvəzləyici axtarılır.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi norveçli futbolçunun komandadan mümkün ayrılığına qarşı artıq bu mövqeyə yeni oyunçu axtarışlarına başlayıb. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“Borussiya”da hücum xətti üçün əsas namizədlər “Ayaks”dan Sebastyan Haller və “Bayer”dən Patrik Şikdir.

Halandla İngiltərənin “Liverpul”, “Mançester Yunayted”, İspaniyanın “Real”, Almaniyanın “Bayern” klubu maraqlanır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button