Levandovskinin “Bayern”dən tələbləri

Almaniyanın “Bayern” klubu hücumçu Robert Levandovskinin müqaviləsinin müddətini artırmaq istəyir.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi 33 yaşlı futbolçu ilə danışıqları davam etdirir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Levandovski “Bayern”dən uzunmüddətli müqavilə və illik 24 milyon avro maaş tələb edir. Münhen təmsilçisinin rəhbərliyi isə bu tələblərə müsbət yanaşmır.

Levandovskinin “Bayern”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.