Bundesliqa klubunda yeni müqavilə

Almaniyanın “Ayntraxt” klubu futbolçusu Makoto Hasebenin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçiylə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

2014-cü ildən “Ayntraxt”da forma geyinən Hasebe, bu mövsüm Bundesliqada 17 matçda iştirak edib.