Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya millisinin yeni çalışdırıcısı olmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis artıq Almaniya Futbol Assosiasiyası ilə şəxsi müqaviləsinin bütün şərtlərini razılaşdırıb. Tərəflər arasında imzalanacaq müqavilənin müddəti 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Almaniyalı çalışdırıcı son ilyarım ərzində “Red Bull” futbol sistemində çalışıb.

Almaniya millisi DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvaya məğlub olaraq (1:1, pen – 2:3), turnirlə vidalaşıb. Uğursuz çıxışdan sonra 2023-cü ildən milliyə rəhbərlik edən Yulian Naqelsmann postundan kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button