Sabiq dünya çempionu həvəskar liqada

Almaniya millisinin sabiq üzvü Kevin Qrosskroyts baş məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, Qrosskroyts “Türkspor” (Dortmund) klubuna baş məşqçi təyin olunub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Almaniyanın həvəskarlar liqası olan Bezirsklanın 8-ci qrupunda yer alan “Türkspor”, 7 turdan sonra 16 xalla 3-cü sıradadır.

Kevin Qrosskroyts karyerası ərzində “Borussiya” (Dortmund), “Qalatasaray”, “Ştutqart” kimi komandalarda çıxış edib. O, son olaraq Almaniyanın 3-cü Liqası təmsilçisi “Uerdingen”də forma geyinib.

Qrosskroyts 2014-cü ildə Almaniya milli komandası ilə dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button