Almaniya millisinin sabiq futbolçusu: “Artıq bəsdir!”

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus DÇ-2026-da uğursuz çıxış edən yığmanın vəziyyətini dəyərləndirib və baş məşqçi Yulian Naqelsmannın gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, Almaniya millisinin artıq yeni baş məşqçi ilə yoluna davam etməli olduğunu bildirib:

“Komandanın Naqelsmannın rəhbərliyi altında necə inkişaf edəcəyini təsəvvür edə bilmirəm. Dünya çempionatından sonra yeni baş məşqçi ilə irəliləmək lazımdır. Artıq bəsdir!

Mətbuatda çoxlu başlıqlar var idi. Bunu hələ 1994-cü ildən xatırlayıram.

Həmçinin, ailələrin turnirin əvvəlindən komandanın yanında olmasının səbəbini başa düşmürəm. Səfərlər, otel bronları (qabaqcadan edilən yer sifarişləri) ilə bağlı problemlər yaranmışdı və bunlar komanda daxilində narazılığa səbəb olmuşdu. Bir futbolçuya anası ilə, digərinə həyat yoldaşı və uşaqları ilə uçmağa icazə verilmişdi, qalanları isə adi kommersiya reyslərindən istifadə etməli olmuşdu. Diqqət dünya çempionatından daha çox, bu məsələlərə yönəlmişdi. Komanda ABŞ-də iki həftədən az qaldı, amma ailələr artıq orada idi”.

Almaniya millisi DÇ-2026-nın 1/16 finalında Paraqvayla oyunun əsas və əlavə vaxtını 1:1 hesabı ilə başa vursa da, penaltilər seriyasında məğlub olaraq (3:4), turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button