Almaniyalı hücumçu özünə qarşı qərəz hiss edir

Almaniya millisinin hücumçusu Kay Haverts ünvanına səslənən tənqidlər barədə fikirlərini bölüşüb.

“Arsenal”ın forvardı vətənində ona qarşı müəyyən qərəzin olduğunu hiss etdiyini deyib.

Komanda.az “Guardian”-a istinadən xəbər verir ki, Haverts bunu uzun illər Almaniyadan kənarda çıxış etməsi ilə əlaqələndirib:

“Bəlkə də, buna səbəb Bundesliqada oynamamağımdır. Toni Kroos və İlkay Gündoğanın da uzun illər xaricdə çıxış edərkən buna bənzər vəziyyətlə üzləşdiyini görmüşük. Mənim haqqımda tez-tez deyirlər ki, “Haverts yenə qol vurmadı, heç nəyə yaramır”. Qol vuranda isə “onsuz da vurmalı idi, çoxdan vaxtı çatmışdı” deyirlər. Amma mən heç kimi günahlandırmaq istəmirəm. Bu, tamamilə normaldır”.

27 yaşlı futbolçu hazırda davam edən dünya çempionatında iki oyunda meydana çıxaraq, 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button