“Almaniya millisi bizi təəccübləndirməyəcək, çünki…” – Enrike

UEFA Millətlər Liqasının ilk turunda Almaniya millisi ilə qarşılaşacaq İspaniya yığmasının baş məşqçisi Luis Enrike açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis, heyətin vəziyyəti və rəqib komanda barədə fikirlərini bölüşüb:

“Bəzi futbolçuların yaşlanmasına baxmayaraq, buna həll yolu tapmağa məcburam. Milliyə çağırılan futbolçulardan məmnunam. Ölkə olaraq gənc futbolçularla çempionluqlar qazanmışıq. Bu futbolçulardan faydalanmaq məcburiyyətindəyəm. Millinin qapısını heç kimə bağlamıram.

Məqsədimiz Millətlər Liqasında və Avropa çempionatında rəqabət aparmaqdır. Almaniya millisi bizi təəccübləndirməyəcək, çünki onlar Avropanın ən güclülərindəndir. Almanlar AÇ-2020-nin favoritlərindən biri olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button