
“Alisson “Yuventus” üçün etibarlı seçim olar”
Niderland millisinin və “Mançester Yunayted”in sabiq qapıçısı Edvin van der Sar, “Liverpul”un qolkiperi Alisson Bekkerin “Yuventus”a mümkün transferi barədə fikirlərini bölüşüb.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, braziliyalı qapıçının dünyanın ən yaxşılarından biri olduğunu bildirib:
“Alisson dünyanın ən güclü qapıçılarından biridir. O, ən yüksək səviyyəli futbolçudur. “Liverpul”dakı çıxışını böyük maraqla izləyirdim. Alisson “Yuventus” üçün etibarlı seçim olar. Onun İtaliya təcrübəsi var və bu, uyğunlaşma baxımından kömək edəcək”.
33 yaşlı qapıçı 2018-ci ilin yayından etibarən “Liverpul”un formasını geyinir. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir. O, 2016-2018-ci illərdə “Roma”da çıxış edib.
Bizi Facebook-da izləyin



