AFFA VAR mərkəzində “Neftçi” üçün seminar

Bu gün Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi” PFK-nın Gənclər Liqasında çıxış edən komandası üçün AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek tərəfindən seminar keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, seminarda VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub və müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib.

Eyni zamanda, yaranan suallar cavablandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button