AFFA rəsmisi ÇL-in final oyununda

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.

Komanda.az xəbər verir ki, qadınlar arasında UEFA Çempionlar Liqasının final oyununun UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, ÇL-in finalında “Çelsi” (İngiltərə) və “Barselona” (İspaniya) komandaları qarşılaşacaq. Həlledici qarşılaşma İsveçin Göteborq şəhərindəki “Qamla Ullevi” stadionunda keçiriləcək.