
AFFA-dan hakimlərlə bağlı yenilik
AFFA-nın Hakimlər Komitəsi futzal üzrə birinci və ikinci liqaların oyunlarına 3 hakimin təyin olunması barədə qərar qəbul edib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, qərar beynəlxalq oyun qaydalarının tələbləri, beynəlxalq təcrübə və futzal hakimlərinin inkişafı əsas götürülərək qəbul olunub.
İndiyə qədər qeyd olunan liqalarda oyunları 2 hakim idarə edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin