AFFA-da səfirlə görüş keçirildi

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb.

Komanda.az xəbər verir ki, görüşdə AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına İsveçrə milli komandasının, o cümlədən isveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, AÇ-2020-nin A qrupu çərçivəsində İsveçrə milli komandası Bakı Olimpiya Stadionunda iyunun 12-də Uels, iyunun 20-də isə Türkiyə millisi ilə qarşılaşacaq.