AÇ-2024: “Qarşıya qoyulan məqsədə çatdıq” – FOTO

Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, millinin AÇ-2024-dəki çıxışını dəyərləndirib:

“2 oyun və 2 qələbə! Qarşıya qoyulan məqsədə çatdıq. Seçmə mərhələyə uğurla başladığımız üçün şadam. İrəli!”

Xatırladaq ki, Portuqaliya millisi AÇ-2024-ün seçmə mərhələsinin ilk iki görüşündə Lixtenşteyni (4:0) və Lüksemburqu (6:0) məğlub edib.

“Əl Nəsr”in forvardı həmin qarşılaşmaların hər birində iki dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button