AÇ-2020: UEFA hakimlərin siyahısını açıqladı

UEFA bu yay təşkil olunacaq AÇ-2020-nin oyunlarını idarə edəcək baş hakimlərin adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, 18 nəfərlik siyahıda Türkiyədən olan FİFA referisi Cüneyt Çakırın da adı var:

Feliks Brix (Almaniya)

Cüneyt Çakır (Türkiyə)

Karlos Del Serro Qrande (İspaniya)

Andreas Ekberq (İsveç)

Orel Qrinfeld (İsrail)

Ovidiu Xatseqan (Rumıniya)

Sergey Karasyev (Rusiya)

İştvan Kovaç (Rumıniya)

Byörn Kuypers (Niderland)

Dünni Makkelli (Niderland)

Antonio Mateo Laos (İspaniya)

Maykl Oliver (İngiltərə)

Daniele Orsato (İtaliya)

Artur Soares Dias (Portuqaliya)

Daniel Zibert (Almaniya)

Entoni Teylor (İngiltərə)

Kleman Türpen (Fransa)

Slavko Vinçiç (Sloveniya)

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Bakı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button