Fransa millisində itki – Poqba heyətdən çıxarıldı

AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Andorra ilə qarşılaşacaq Fransa millisinin heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, yığmanın son məşqində zədələnən Pol Poqba heyətdən çıxarılıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. Poqbanın yerinə “Arsenal”dan Matteo Gunduzi yığmaya dəvət olunub.

Fransa millisi sentyabrın 7-də Albaniya, 10-da isə Andorra ilə qarşılaşacaq.