
ABŞ klubu Qrizmanna 3 illik müqavilə təklif edib
“Atletiko”nun hücumçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçuya MLS təmsilçisi “Orlando Siti” ciddi şəkildə maraq göstərir.
Bildirilir ki, ABŞ klubu artıq fransalı oyunçu ilə danışıqlara başlayıb və ona üç illik müqavilə təklif edib.
Qrizmannın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin ortalarına kimidir. O, cari mövsümdə 22 oyunda meydana çıxıb və 6 qol vurub. Tərəflər razılığa gələrsə, Madrid klubu uzun illər komandanın əsas fiqurlarından biri olan futbolçusunu mövsüm başa çatmamış itirə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



