A Seriyasında klubunu dəyişdi

İtaliyanın “Parma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “Parma” “Udineze”nin müdafiəçisi Cüzeppe Petselyanı icarəyə götürüb.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. A Seriyası təmsilçisi italiyalı futbolçunu 1 illik icarəyə götürüb. Mövsümün sonunda “Parma” Petselyanın transfer hüquqlarına da sahib ola bilər.

İtaliyanın U-21 yığmasının üzvü olan sol cinah müdafiəçisi “Palermo”nun yetirməsidir. O, 2017-ci ildən “Udineze”də çıxış edir. Geridə qalan mövsümdə gənc futbolçu “Cenoa”da icarədə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button