A Seriyası klubunda yeni baş məşqçi

İtaliyanin “Salernitana” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisini Davide Nikola çalışdıracaq.

“Cenoa”, “Torino” kimi komandalarda da baş məşqçilik etmiş mütəxəssis yeni komandasında Stefano Kolantuononu əvəzləyib. 

“Salernitana” A seriyasında 23 turdan sonra cəmi 13 xal toplayıb.