A Seriyası klubunda iki yeni müqavilə

İtaliyanın “Verona” klubu müdafiəçiləri Koray Günter və Davide Faraoni ilə müqavilələrin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Koray 2019-cu ilin iyulundan “Verona”da çıxış edir. Almaniya vətəndaşlığı da olan türkiyəli futbolçu bu komandada 98 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Dortmund “Borussiya”sının yetirməsi olan mərkəz müdafiəçisi, “Qalatasaray” və “Cenoa”da da forma geyinib.

Faraoni isə 2019-cu ilin yanvar ayından “Verona”nın uğurları üçün çalışır. İtaliyadan olan sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 131 matçda 16 qol vurub, 20 məhsuldar ötürmə ilə yadda qalıb. Peşəkar karyerasına “İnter”də başlamış 30 yaşlı futbolçu, “Udineze”, “Uotford”, “Peruca”, “Novara” və “Krotone”nin də formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button