“Latsio”da yeni müqavilə
“Latsio” klubu futbolçusu Luis Alberto ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçuyla imzalanan yeni müqavilənin müddəti 2025-ci ilədək nəzərdə tutulur. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayınadək hesablanmışdı.
2016-cı ildən “Latsio”nun şərəfini qoruyan ispaniyalı futbolçu, komandada keçirdiyi 136 oyunda 26 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin