Azərbaycan millisinin oyunları keçiriləcək? – UEFA açıqladı
Son günlər cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlara təsir etməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə qitə futbol qurumundan “news.ru” saytına məlumat verilib.
Məlumatda bildirilib ki, hər iki ölkədə hərbi vəziyyət elan olunsa da, bu, Azərbaycan və Ermənistan yığmalarının növbəti ay turnirdə keçirəcəyi oyunlara təsir etməyəcək:
“UEFA vəziyyəti yaxından izləyir və qarşıdakı bütün oyunların proqrama əsasən keçirilməsi planlaşdırılır”.
Azərbaycan millisi oktyabrın 10-da səfərdə Monteneqro, 13-də isə Bakıda Kiprlə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin