“Neftçi” “Qalatasaray”a məğlub oldu
“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində Türkiyənin “Qalatasaray” klubunu qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən oyunda qapılara 4 qol vurulub. Səfərdə inamlı qələbəyə sevinən İstanbul klubu Avroliqanın 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. “Neftçi” isə mübarizəni dayandırıb.
UEFA Avropa Liqası, 2-ci təsnifat mərhələsi
17 sentyabr
Neftçi – Qalatasaray 1:3
Qol: M.Mbodj, 46 – M.Diane, 19; 63. K.Luyindama, 48.
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 26. Ömər Buludov, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Renar Alves, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tallison Dias.
Baş məşqçi: Füzuli Məmmədov.
Qalatasaray: 99. Fatih Öztürk, 4. Taylan Antalyalı, 8. Rayan Babel, 10. Yunes Belhanda, 14. Martin Linnes (k), 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 45. Markao, 54. Emre Kılınç, 90. Mbaye Diane.
Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Omar Elabdellaui, 9. Radamel Falkao, 15. Rayan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli.
Baş məşqçi: Fatih Terim.
Bizi Facebook-da izləyin