Keçmiş müdafiəçidən Ronaldinyo ilə bağlı etiraf: “Dedim ki, səni zədələməyim üçün…”
İspaniyanın “Selta” klubunun keçmiş futbolçusu Fernando Kaseres maraqlı açıqlama verib.
Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi, bir dəfə Ronaldinyonu zədələmək üçün 3 min avro pul təklifi aldığını deyib:
“Viqoda “Barsleona”nı qəbul edirdik. Ronaldinyo topa ilk toxunanda ona arxadan zərbə vurdum. Daha sonra ona kömək etdim və dedim ki, səni zədələməyim üçün mənə 3 min avroya yaxın pul təklif ediblər. Mənə baxdı və dedi: “Məni tuta bilsən”. Sonra cəhd etmədim, qorxmuşdum”.
Kaseres 1998-2004-cü illər aralığında “Selta”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin