Paşayevli “Aleksandriya” 3 xalı tək qolla qazandı

Futbol üzrə Ukrayna Premyer Liqasında koronavirus pandemiyasına görə yaranmış fasilə bu gün başa çatıb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda 24-cü tur çərçivəsində doğma meydanda “Zarya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 45+3-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Aleksandriya” 24 turdan sonra 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button