Klub prezidenti məvacibindən imtina etdi
İtaliyanın “Torino” klubunun prezidenti Urbano Kayro koronavirusla mübarizəyə dəstək üçün məvacibindən imtina edib.
Komanda.az xəbər verir ki, klub rəhbəri, mart, aprel, may və iyun ayları üçün nəzərdə tutulan 500 min avro məvacibini pandemiya ilə mübarizə üçün bağışlayacaq.
Bundan başqa, Kayro ehtiyacı olan ailələrə kömək məqsədiylə 5 min avroluq yardım da edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin