“Bu vəziyyət mənə futbolu nə qədər çox sevdiyimi göstərdi” – Poqba
İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba zədəsi ilə bağlı açıqlama verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu, məşqlərə başlamağa hazır olduğunu bildirib:
“Uzun zamanr bu zədəyə görə məyusam. İndi geri qayıtmaq və komandayla məşq etməyi düşünürəm. Karyeramda belə bir şey yaşamamışdım. Geri dönmək və yaxşı işlər görmək məni daha da həvəsləndirir. Bu vəziyyət mənə futbolu nə qədər çox sevdiyimi göstərdi.
Mövsümün əvvəlində bir ayağımda zədəm var idi, amma sonra qırıq olduğunu gördüm. Buna görə də, əməliyyata ehtiyac oldu, amma indi heç nə hiss etmirəm və tezliklə qayıdacağıma ümid edirəm. Futbol üçün darıxıram, bu mənim işimdir. Futbol oynamaqdan zövq alıram”.
Poqba zədə səbəbilə cari mövsümdə sadəcə 8 oyunda iştirak edib.
Bizi Facebook-da izləyin