“Yəqin ki, İngiltərəyə qayıtmaq istəyər” – Koutinyonun meneceri

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Bavariya”da çıxış edən Filippe Koutinyonun meneceri Kia Curabçian müştərisinin gələcəyi haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan Kia, Koutinyonun Premyer Liqaya qayıda biləcəyini deyib:

“İngiltərədə olan Çempionlar Liqası matçından sonra Koutinyo ilə uzun söhbət etdik. Premyer Liqa Koutinyonun sevdiyi çempionatdır, orada oynamağı sevir. Yəqin ki, İngiltərəyə qayıtmaq istəyər”.

“Bavariya” ilə icarə müqaviləsi mövsümün sonuna qədər olan Koutinyo, 2013-2018-ci illər aralığında İngiltərədə – “Liverpul”da çıxış edib.

Koutinyonun “Barselona” ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. Onun “Çelsi”, “Mançester Yunayted”, “Arsenal” və “Tottenhem” kimi klubların maraq dairəsində olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button