UCİ bütün yarışları iyunun 1-nə qədər təxirə saldı
Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Koronavirus pandemiyası səbəbindən bütün növlər üzrə beynəlxalq velosiped yarışlarının aprelin 3-dək dayandırılması barədə qərarını iyunun 1-dək uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, daha öncə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) xüsusi risk qrupuna aid edilən ölkələrdə bütün növlər üzrə velosiped yarışlarının martın 15-dən etibarən ən azı aprelin 3-dək dayandırılması barədə qərar qəbul etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin