İspaniya La Liqasında cari mövsüm ləğv ediləcək?

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İspaniya La Liqasının cari mövsümü ləğv edilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, çempionat iyunun 27-nə kimi bərpa olunmasa, cari mövsüm ləğv ediləcək. Hazırkı vəziyyətdə turnirin aprelin sonu, mayın əvvəlində başlamaq ehtimalı olduqca azdır.

Digər variant isə çempionat oyunlarının iyunun sonlarına qədər başlaması və oyunların 3 gündən bir keçirilməsidir.

İspaniyada 87 min insanın koronavirusa yoluxduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button