La Liqa klubu koronavirusa görə mətbuat konfranslarını ləğv etdi

İspaniyanın “Valensiya” klubu La Liqanın 26-cı turu çərçivəsində qarşılaşacağı “Betis”lə görüşdən öncə baş məşqçi Albert Seladesin mətbuat konfransını ləğv edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub Valensiya şəhərində koronavirus epidemiyası aşkarlanandan sonra bölgənin və tibb xidmətlərinin tövsiyələrini qəbul edib. Həmçinin futbolçular görüşdən əvvəl və sonra media ilə əlaqə qurmayacaqlar. Bunun, yeni bir qərar çıxana qədər növbəti oyunlarda da tətbiq olunacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 23-ə çatıb. Onların arasında ötən həftə İtaliyada keçirilən Avropa Liqasının “Atalanta” – “Valensiya” matçını izləməyə getmiş bir ispaniyalı jurnalist də var.

Fevralın 29-da keçiriləcək “Valensiya” – “Betis” matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button