16 yaşlı futbolçu uğrunda “müharibə”
“Birmingem” klubunun futbolçusu Cuda Bellinqem Premyer Liqa klublarının hədəfindədir.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, “Mançester Yunayted” və “Çelsi”nin 16 yaşlı futbolçu ilə yaxından maraqlandığı bildirilir.
MY-nin qış fasiləsində yarımmüdafiəçi üçün “Birmingem”ə 30 milyon funt-sterlinq təklif etdiyi, ancaq “yox” cavabı aldığı deyilir.
Premyer Liqa klubları Juda üçün 50 milyon funt-sterlinqlik təklif hazırlığındadırlar.
Bu mövsüm Çempionşipdə 28 oyunda iştirak edən Bellinqem, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin